Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Mobil telefonlar beyin xərçəngini yaradır?

Mobil telefonlar beyin xərçəngini yaradır?

Tarix: 9 Iyul 2022 21:03

Son zamanlar bütün dünyada beyin xərçəngi artmaqdadır. Bəzi mütəxəssislər bunu qəcetlərdən uzun müddət ərzində istifadə etməsi ilə əlaqələndirir.

Lakin araşdırmalar bunu inkar edir.

Son belə araşdırma da növbəti dəfə sübut edib ki, mobil telefonları və digər qəcetlərdən istifadə beyin xərçənginin yaranmasına heç bir təsir etmir və bu xəstəliyin riskini artırmır.

Saglamolun.az Medicalxpress istinadla xəbər verir ki, Avstraliya və Yeni Zelandiya alimləri uzun illər ərzində 20-59 yaşlar arası və 60 yaşdan sonra olan 2 qrup insanlara nəzarət edirdilər. Nəticədə alimlər belə qənaətə gəliblər ki, mobil telefonlar bu yaş qruplarında  xərçəngin inkişafına səbəb olmur.

Alimlər qeyd edir ki, bu araşdırma növbəti dəfə sübut edib ki, mobil telefonlar və beyin xərçəngi arasında əlaqə yoxdur. 


Etiketlər:  Mobil telefonlar beyin xərçəngini yaradır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ