Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ürək qripi nədir... Kimlər risk altındadır?

Ürək qripi nədir... Kimlər risk altındadır?

Tarix: 10 Iyul 2022 08:03

Son zamanlar havaların soyuması nəticəsində qrip virusuna yoluxmaq halları artıb. Çoxlarının adi xəstəlik kimi gördüyü qrip əslində hər dəfəsində insanın bir orqanizminə mənfi təsir göstərir.
İmmunitet.az xəbər verir ki, türkiyəli mütəxəssis kardioloq Ahmet Karabulut, qripin ən çox ağciyər və ürəyə mənfi təsir götərərək iz buraxdığını bildirib.
Qrip virusunun növünə görə ürəkdə yaranan problemlər də fərqli olur. Mütəxəssis ən çox 20-50 yaş arası kişilərdə ürək qripinin müşahidə edildiyini qeyd edib. Səbəbi isə ürək-damar xəstəliklərinin kişilərdə daha çox meydana çıxması və kişi ürəyinin belə xəstəliklərə qarşı həssas olmasıdır.
Ürək qripi nə üçün təhlükəlidir?
Ürək qripi zamanı yaranan boğaz ağrısı, halsızlıq, qırıqlıq kimi əlamətlər bir müddətdən sonra sinə ağrısı, döyüntü, nəfəs darlığı ilə əvəzlənir. Kürək üstə yatan adamlarda bu daha da şiddətlənə bilər. Bu səbəbdən yaranan boğaz ağrısına adi baxılmamalıdır. Çünki diqqət edilməsə ürək əzələləri tutula bilər. Qrip virusu adətən ürəyə yerləşir. Bu da ürək ətrafında su toplanmasına səbəb yaradır. Şiddətli nəfəs darlığı, yüksək təzyiq, ağciyərdə su toplanması kimi problemlər meydana çıxır.
Qeyd edək ki, hər zaman ürəyə təsir edilən və nadir görülən virusların çoxu qriplə yoluxur. Və bu virusu öldürmək üçün qrip peyvəndi faydasızdır.
Bunun üçün həkimlər bu riskdən qorunmaq üçün qrip əleyhinə vasitələrdən istifadə etməyi məsləhət görürlər. Qoruyucu maskalardan istifadə etmək mümkündür. Qrip olan şəxslər də xəstəliyi sadə formada keçirmək üçün çalışmalıdırlar. Bəzi vitaminlər qripə qarşı immuniteti gücləndirdiyi üçün mütəxəssislər tərəfindən buna icazə verilir.


Etiketlər:  Ürək qripi nədir Kimlər risk altındadır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ