Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 14:45
Mədəaltı vəzinin iltihabı məhz "pankreatit" adlanır. Mədə ilə qarın boşluğu arasında yerləşən mədəaltı vəzi bağırsaqlara daxil olan qidanın parçalanması üçün 15 fərqli enzimlərin və qanda şəkərin miqdarının tənzimlənməsi kimi vacib funksiyalar həyata keçirən hormonların ifraz edilməsidir. Hormonların sintezi "mədəaltı vəzinin endokrin funksiyası" adlanır.
Sonxeber.net Axşam.az-a istinadən xəbər verir ki, bu funksiyalar pozulduqda və mədəaltı vəzi öz işini lazımı qədər yerinə yetirmədikdə pankreatit xəstəliyi meydana gəlir. Pankreatit iki hissəyə bölünür: kəskin və xroniki. Kəskin pankreatit qəfil başlayır və günlərlə davam edir. Onun gedişi daha mülayim olur və bir neçə gün ərzində sağalması mümkündür. Ağır gedişli kəskin pankreatitlər isə daha ağrılı keçir və sağalması uzun çəkir. Bu tip pankreatitlərdə ölüm halları 30 faizdir.
Kəskin pankreatitin əlamətləri:
· Qarnın yuxarı hissəsində əvvəlcə zəif, sonra güclənən ağrılar
· Ağrının kürək nahiyəsinə yayılması
· Yeməkdən sonra ağrıların kəskinləşməsi
· Ürəkbulanma
· Qusma
· Qarnın şişməsi
· Hərarətin yüksəlməsi
· Qaşınma
· Yuxusuzluq, zəiflik və başağrıları
Xroniki pankreatitlər isə daha ağır olur və illərlə davam edir. Bu zaman ağrılar mütəmadi xarakter daşıyır ki, bu da mədəaltı vəzinin çapıqlaşması prosesinin gizli getməsinə və ağırlaşmaya gətirib çıxarır. Bu zaman həzm pozulur, mədəaltı vəzi şirələrinin ifrazı azalır, qarında köp əmələ gəlir. Bədən get-gedə çəkisini itirməyə başlayır.
Səbəbləri:
Xəstəliyin yaranmasına səbəb onun sintez etdiyi enzimlərin vaxtından əvvəl aktivləşməsidir. Onun ifraz etdiyi enzimlər qeyri-aktiv olur. Onların aktiv olması mədəaltı vəzi toxumalarını aşındıra bilər. Xroniki pankreatit zamanı isə enzimlər mədəaltı vəzidə aktivləşir və onu zədələyir. Bu da iltihablaşma prosesini gücləndirir. Xroniki pankreatit mədəaltı vəzi toxumasını aradan qaldıra bilməyəcək səviyyədə zədələyir. İltihabın yaranmasının başlıca səbəbi öd daşı xəstəliyidir. Belə ki, öd daşı mədəaltı vəzi kanalını sıxır və daxilində təzyiqin əmələ gəlməsinə şərait yaradır.
Xəstəliyə eyni zamanda aşağıdakı proseslərdə səbəb olur:
· Spirtli içki qəbulu
· Qarın boşluğu əməliyyatı
· Bəzi dərmanların həddindən artıq qəbulu
· Siqaret
· Müxtəlif infeksiyalar
· Qarın zədələri
· Mədə və onikibarmaq bağırsağın xorası
· Avtoimmun proses
Müalicəsiz qalan xəstəlik daha da ağırlaşmaya gətirib çıxarır:
Tənəffüs problemləri - xəstəlik zamanı baş verən kimyəvi reaksiyalar ağciyərin funksiyasını pozur və qanda oksigenin miqdarı düşür.
Şəkər xəstəliyi - mədəaltı vəzidə baş verən xroniki çapıqlaşma şəkər mübadiləsində böyük rolu olan insulin sintezinin azalması ilə nəticələnir.
Böyrək çatışmazlığı - kəskin pankreatit zamanı böyrək öz funksiyasını tamamilə itirir.
Həzmin pozulması - o, həzm prosesi üçün böyük rol oynayan pankreas enzimlərinin sintezinin azalmasına səbəb olur.