Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 10 Iyul 2022 22:46
"Britaniya hökumətinin başçısı vəzifəsindən istefa verdiyini elan edən Boris Consonun dinc Rusiya ərazilərinə zərbələr endirməsində iştirakı olub".
Sonxeber.net teleqraf.com-a istinadən xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.
Onun sözlərinə görə, Belqorodun, Kurskın atəşə tutulmasının arxasında Boris Conson dayanır: "İngilislər bunu bilməlidir. O, son ukraynalıya qədər Rusiyaya qarşı müharibənin əsas ideoloqlarından biridir".
Volodin Consonu Ukrayna lideri Vladimir Zelenskinin yaxın dostu və himayədarı kimi xarakterizə edib: "Avropa dövlətlərinin rəhbərlərinin belə bir siyasətin nəyə gətirib çıxardığını düşünməlidirlər".