Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 08:02
Polşanın keçmiş prezidenti Lex Valensa Rusiyanı parçalamağa və əhalisini 50 milyonadək azaltmağa çağırıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, o, bəyan edib ki, Rusiyanın siyasi sistemini dəyişmək, hətta Rusiyada xalqların üsyanı təşkil etmək lazımdır.
Siyasətçinin fikrincə bu gün qlobal təhlükəsizliyi yalnız Rusiyanın parçalanması ilə təmin etmək mümkündür.
Onun sözlərinə görə, Qərb demokratik yolla, NATO və Aİ vasitəsilə öz təsirini genişləndirir, Rusiya isə bunu zorakılıqla edir.
Valensa, həmçinin dünyanın yenidən iki yerə bölünəcəyini proqnozlaşdırıb. Eks-prezidnetə görə, qarşıdurmanın bir tərəfində NATO ilə Qərb, digər tərəfində isə Rusiya və Çin dayanacaq.