Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Avtomobildən 16 min manat pul oğurlayan şəxs tutulub

Avtomobildən 16 min manat pul oğurlayan şəxs tutulub

Tarix: 11 Iyul 2022 18:16

Avtomobildən oğurluq edən şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Milli.Az-a verilən xəbərə görə, Baş Cinayət Axtarışı İdarəsi və Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat tədbirləri nəticəsində 4 il əvvəl şəhər ərazisində "Mercedes" markalı bir avtomobildən 16.000 manat və sənəd oğurlamaqda şübhəli bilinən Yardımlı rayon sakini, əvvəllər məhkum olunmuş R.Dadaşzadə saxlanılıb.

Araşdırma aparılır.

Milli.Az


Etiketlər:  Avtomobildən 16 min manat pul oğurlayan şəxs tutulub


RƏYLƏR