Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

BMT: ''Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq''

BMT: ''Bu ilin noyabrınadək dünya əhalisi 8 milyarda çatacaq''

Tarix: 11 Iyul 2022 19:08

Bu ilin noyabr ayına qədər dünya əhalisinin sayı 8 milyarda çatacaq.

Sonxeber.net "Report"a istinadən bildirir ki, bu barədə BMT-nin hesabatında deyilir.

Təşkilatın məlumatına görə, dünya əhalisinin sayı artmaqda davam edir, lakin artım tempi aşağı düşüb. Belə ki, 2050-ci ilə qədər Yer kürəsinin sakinlərinin sayı 9,7 milyarda, 2100-cü ilə qədər isə 10,4 milyarda çatacaq.

Eyni zamanda, 2050-ci ilə qədər dünya əhalisinin artımının yarıdan çoxu cəmi 8 ölkədə, o cümlədən Konqo, Misir, Efiopiya, Hindistan və Nigeriyada cəmləşəcək.


Etiketlər:  ilin noyabrınadək dünya əhalisi milyarda çatacaq


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ