Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Iyul 2022 23:34
Gürcüstanda tibbi maskadan məcburi istifadə ilə bağlı heç bir müzakirə aparılmır.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabunia deyib.
Onun sözlərinə görə, indiki mərhələdə ölkə miqyasında epidemiya idarə olunur:
"Biz epidemiya mənzərəsini müşahidə etməliyik və epidemiya risklərinə əsaslanaraq, əlavə qərarlar da qəbul ediləcək. Yoluxma sayı artsa da, hələlik vəziyyət idarə olunur. Tibbi maskanın məcburi olmasına gəlincə, məcburi olmasa da, xroniki xəstəlikləri olanlara izdihamlı yerlərdə maskadan istifadə tövsiyə olunur".