Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 00:00
Fransa Milli Assambleyasının (parlamentin aşağı palatası) deputatları Baş nazir Elizabet Bornun rəhbərlik etdiyi hökumətə etimadsızlıq barədə qətnaməni dəstəkləməyiblər.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu səsvermədən sonra Nümayəndələr Palatasının spikeri Yael Bron-Pive deyib.
"Qərar layihəsinin lehinə 577 deputatdan 146-sı səs verib. Beləliklə, sənədin qəbulu üçün lazımi səs çoxluğu əldə olunmayıb", - o bildirib.
Qətnamə layihəsi Sosialist Partiyasını, Kommunist Partiyasını və "Avropa-Ekologiya-Yaşıllar" alyansını birləşdirən Yeni Xalq Ekoloji və Sosial İttifaqı adından təqdim edilib.