Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

HİMARS dəhşət saçır: rus ordusu hücum edə bilmir!

HİMARS dəhşət saçır:  rus ordusu hücum edə bilmir!

Tarix: 12 Iyul 2022 03:32

Ukraynaya genişmiqyaslı hərbi müdaxilənin beşinci ayında Rusiya ordusu aktiv hücum etmək imkanını itirdi.

Sonxeber.net axar.az-a istinadən xəbər verir ki, bu sözləri ukraynalı ekspert İvan Yakovina deyib.

"Kifayət qədər kiçik olan Lisiçansk şəhərinin ələ keçirilməsindən, belə cüzi uğurdan sonra Rusiya artıq hücuma keçə bilməz. Rus qoşunları ləngiyir, onların resursları, qüvvələri və ciddi hücum əməliyyatları aparmaq imkanları tükənir", - ekspert bildirib.

Yakovina əmindir ki, rus ordusunun döyüş effektivliyi HİMARS tərəfindən əhəmiyyətli dərəcədə azaldılıb.

"Bu, çıxılmaz vəziyyətdir, ondan çıxış yolu yoxdur. Rusiya ordusu artıq irəliləmək iqtidarında deyil (yaxud tezliklə bu fürsəti tamamilə itirə bilər) və eyni zamanda, getdikcə daha ciddi itkilər verir. Çünki HİMARS tamamilə dəhşətli şeylər törədir, anbarları, logistik mərkəzləri, qərargahları məhv edir. Beləliklə, Ukraynanın Amerika istehsalı olan uzaqmənzilli raketləri Rusiya ordusunun əzələlərini, oynaqlarını və sinir sistemini məhv edir", - ekspert qeyd edib.


Etiketlər:  HİMARS dəhşət saçır ordusu hücum edə bilmir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ