Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 07:56
Latviya müdafiə xərclərini artıra bilər, çünki planlaşdırılan 2,5 faiz kifayət etməyə bilər.
Bunu "Reuters" agentliyinə Latviyanın prezidenti Egils Levits deyib.
"Bu gün təhlükəsizlik bizim siyasətimizin prioritetidir. ÜDM-in 2,5 faizi artıq ayrılıb, lakin bu kifayət etməyə bilər və biz buna hazır olmalıyıq", - deyə E.Levits bildirib.
Bundan əlavə, Latviyanın dövlət başçısı hərbi xidmətə çağırışın bütün ölkə vətəndaşlarına, o cümlədən qadınlara şamil edilməsini təklif edib.
"Düşünürəm ki, bu məsələdə bərabərlik olmalıdır, mən cinsindən asılı olmayaraq, müəyyən yaşda olan bütün Latviya vətəndaşları üçün hərbi çağırışın tətbiqi ideyasını dəstəkləyirəm", - deyə E.Levits əlavə edib.