Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Iyul 2022 19:08
Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində "Qarabağ" (Azərbaycan) - "Lex" (Polşa) oyununun əmsalları açıqlanıb.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, bukmeker kontorları öz meydanında mübarizə aparacaq Ağdam təmsilçisini matçın favoriti sayırlar.
Bu gün Bakıda Tofiq Bəhramov adına Respublika Stadionununda baş tutacaq matçda "Qarabağ"ın qələbəsi 1,77, məğlubiyyəti 4,30 əmsaldır. Qarşılaşmada heç-heçəyə 3,38 əmsal verilib.
Qeyd edək ki, qarşılaşma saat 20:00-da başlayacaq.