Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 22 Sentyabr 2019 20:40
"Neftçi"nin bir qrup azarkeşi növbəti dəfə klub prezidenti Kamran Quliyev və baş məşqçi Roberto Bordinin istefasını tələb edib.
Qol.az xəbər verir ki, Premyer Liqanın 5-ci turunun "Keşlə"yə qarşı bu gün "Bakcell Arena"da keçirilən oyunda "ağ-qaralar" yenə xal itiriblər (0:0). İkinci hissənin ortalarından sonuna qədər azarkeşlər bir neçə dəfə istefa, matçın sonlarına yaxın isə "Kamran istefa" şüarı səsləndiriblər.
Qeyd edək ki, azarkeşlər bənzər tələbi "Neftçi"nin bu mövsümkü digər oyunlarında da səsləndirib. "Forza Neftçi" azarkeş qrupu isə uğursuz nəticəyə görə, ümümiyyətlə, son matçlar tribunadan komandaya dəstək verməyi dayandırıb.
Xatırladaq ki, bu mövsüm çempionluğa oynayan "Neftçi" 5 oyundan cəmi 5 xal toplayıb və hazırda 8 komanda arasında 6-cı yeri tutur. "Ağ-qaralar" çempionluq uğrunda əsas rəqibi, lider "Qarabağ"dan 7 xal geri qalır. Bundan başqa, Ağdam klubu "Neftçi"dən bir oyun da az keçirib.