Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Kişi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq öldü

Kişi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq öldü

Tarix: 13 Iyul 2022 18:32

Honq-Konqda bir kişi naqilsiz qulaqcıqlara əlini uzadıb, dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq ölüb.

Sonxeber.net bildirir ki, bu barədə AsiaOne məlumat yayıb.

Təcili yardım xidmətinə zəng iyulun 12-də günorta radələrində daxil olub. Hadisə yerinə gələn xilasedicilər səkidə beşmərtəbəli binanın pəncərələrinin altında qurbanı - 26 yaşlı Honq-Konq sakini Fan adlı şəxsi aşkar ediblər. Kişi huşsuz vəziyyətdə idi və Apple Airpods onun yanında idi. Honq-Konqlu xəstəxanaya çatdırılıb və tezliklə orada dünyasını dəyişib. "İlkin araşdırma göstərdi ki, kişi sürüşərək mənzilinin pəncərəsindən yıxılıb", - polisin rəsmi açıqlamasında deyilir.

Fanın qohumlarından biri deyib ki, o, tullanmaq fikrində olmadığını zarafatla deyib, pəncərədən əyilib, sonra isə təsadüfən yıxılıb. Adamın yıxıldığı otaqda hüquq-mühafizə orqanlarının əməkdaşları simsiz qulaqcıqların qutusunu tapıblar. Polis mənbəsinin mediaya verdiyi məlumata görə, Fan çox güman ki, yataq otağının pəncərəsində dayanıb və qulaqcıqlarını karnizə salıb. Sonra kişi onları götürməyə çalışıb və yıxılıb.

Müstəntiqlər hazırda bu versiyanı təsdiqləmək üçün kamera görüntülərini nəzərdən keçirirlər.

İrfan Vəliyev


Etiketlər:  Kişi dördüncü mərtəbənin pəncərəsindən yıxılaraq öldü


RƏYLƏR