Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Iyul 2022 08:21
AŞPA-nın 19-25 iyun tarixlərində keçirilən sessiyasında iştirak edən Ermənistan nümayəndə heyəti avropalı partnyorlara 3 təklif irəli sürüb. Bu təkliflər ermənipərəst addımlar və bəyanatlarla bağlı olub.
Sonxeber.net axar.az-a istinadən bildirir ki, bu barədə Ermənistanın "Hraparak" qəzeti məlumat yayıb.
Qəzetin məlumatına görə, söhbət "hərbi əsirlər"in (Vətən müharibəsindən sonra qanunsuz olaraq Azərbaycan ərazilərinə gələn və burada təxribatlar törədən terrorçu dəstə üzvləri nəzərdə tutulur - red.) qaytarılması barədə olub.
"Ancaq bizim hakim "Mülki müqavilə" partiyasından olan mənbəmizin sözlərinə görə, beynəlxalq partnyorlar təkliflərlə tanış olandan sonra bildiriblər ki, əlavələri yoxdur və Ermənistan "Avropa, yoxsa Rusiya" seçimini etmədikcə İrəvanı müdafiə etməyəcəklər", - məqalədə bildirilib.
Qeyd edilib ki, son vaxtlar avropalı məmurlar Ermənistanın addımlarını Avropanı aldatmaq kimi qiymətləndirirlər:
"Buna görə də onlar İrəvanı cəzalandırmaq qərarı veriblər. Ən azı, Ermənistanı Rusiya ilə bağlı konkret qərar verməyə təhrik etmək istəyirlər".
Qeyd edək ki, bir neçə gün öncə Ermənistan Rusiyanı sanksiyalardan yayındıran "şübhəli ölkə" siyahısına daxil edilib.