Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

4 yaşlı Lizanın anası da öldü - FOTO

4 yaşlı Lizanın anası da öldü - FOTO

Tarix: 15 Iyul 2022 07:22

Ukraynanın Vinnitsa şəhərinə raket hücumu zamanı ağır yaralanaraq reanimasiyaya yerləşdirilən dörd yaşlı Lizanın anası, 33 yaşlı dizayner və bloqer İrina Dmitriyeva da dünyasını dəyişib.

Sonxeber.net "qafqazinfo"ya istinadən xəbər verir ki, raket hücumu zamanı onun dörd yaşlı qızı Liza yerindəcə keçinmişdi.

İrina daun sindromlu qızının həyatı haqqında bloq yazırdı. Balaca Lizanın "l.i.z.i.love" instaqram səhifəsində 4000 izləyicisi var. O, qızının uğurlarını sosial şəbəkələrdə bölüşərək, bu sindromdan əziyyət çəkən digər uşaqların anaları üçün məsləhətlərini paylaşırdı.

Xatırladaq ki, Rusiya Ukraynanın Vinnitsa şəhərinin mərkəzinə raket zərbələri endirib. Hadisə zamanı 23 nəfər ölüb, 90 nəfər yaralanıb. Baş vermiş hadisə ilə əlaqədar Vinnitsa şəhərində iyulun 15-i matəm günü elan edilib.


Etiketlər:  yaşlı Lizanın anası öldü FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ