Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sahibsiz itlərə atəş açarkən uşağı vurdu

Sahibsiz itlərə atəş açarkən uşağı vurdu

Tarix: 15 Iyul 2022 20:00

Rusiyanın Tula vilayətində 63 yaşlı yerli sakin sahibsiz itlərə atəş açarkən 11 yaşlı uşağı yaralayıb.

Sonxeber.net bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, iyulun 12-də axşam saatlarında Kommunarov kəndindən bir nəfər ov tüfəngindən sahibsiz itlərə atəş açıb. O, oğlanın peyda olmasına fikir verməyib və ona atəş açıb, yüngül xəsarətlər yetirib. Uşaq xəstəxanaya aparılıb.

Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Həmin şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.13-cü maddəsi ("Bunun üçün nəzərdə tutulmayan yerlərdə silahdan atəş açma") ilə inzibati protokol tərtib edilib.

İrfan Vəliyev


Etiketlər:  Sahibsiz itlərə atəş açarkən uşağı vurdu


RƏYLƏR