Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Bakı növbəti Avropa çempionatına ev sahibliyi edəcək

Bakı növbəti Avropa çempionatına ev sahibliyi edəcək

Tarix: 16 Iyul 2022 16:12

Gələn il 17-21 may tarixlərində Bakı bədii gimnastika üzrə növbəti Avropa çempionatına ev sahibliyi edəcək.

Sonxeber.net Azərbaycan Gimnastika Federasiyasına istinadən xəbər verir ki, bu barədə qərar iyulun 16-da Avropa Gimnastikasının Lozannadakı Baş Qərargahında keçirilən İcraiyyə Komitəsinin iclasında səsvermə yolu ilə qəbul edilib.

Qeyd edək ki, bu, ölkəmizin bədii gimnastika üzrə təşkil edəcəyi 5-ci Avropa çempionatı olacaq.

Xatırladaq ki, paytaxtımız 2007, 2009, 2014 və 2019-cu illərdə bu növ üzrə qitə çempionatına ev sahibliyi edib.


Etiketlər:  Bakı növbəti Avropa çempionatına sahibliyi edəcək


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ