Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dünyada ən çox axtarılan təhlükəli narkobaronlarından biri yaxalandı

Dünyada ən çox axtarılan  təhlükəli narkobaronlarından biri  yaxalandı

Tarix: 16 Iyul 2022 19:34

ABŞ-ın ən çox axtarılanlar siyahısında olan meksikalı narkobaron Rafael Karo Kintero Meksikanın Sinaloa ştatında həbs edilib.

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, bu barədə BBC telekanalı məlumat yayıb.

1985-ci ildə ABŞ-ın narkotiklərlə mübarizə üzrə agentini oğurlamaqda, işgəncə verməkdə və öldürməkdə ittiham olunan Kintero Çoys şəhərində saxlanılıb.

Meksika Hərbi Dəniz Qüvvələrindən gələn informasiyaya görə, hazırda 69 yaşında olan Rafael Kintero bir kolluğun içində Maks adlı xüsusi təlim keçmiş it tərəfindən aşkar edilib.

Rafael Kintero Qvadalaxara kartelinin üç qurucusundan biri olub.

O, Birləşmiş Ştatların Narkotiklərlə mübarizə idarəsinin (DEA) agenti Enrike Kamarenanın qətlinə görə 28 il həbsdə yatıb.

Həmin vaxt qətl ABŞ-Meksika münasibətlərini gərginləşdirmiş və hətta "Netflix"də "Narcos:Mexico" serialının süjetinə çevrilmişdi.

2013-cü ildə Meksika məhkəməsi Kinteronun 40 illik cəzasını azaltmış və onun federal məhkəmədə deyil, əyalət məhkəməsində mühakimə olunmalı olduğuna qərar vermişdi.

Bu qərar daha sonra ölkənin Ali məhkəməsi tərəfindən ləğv edilsə də, narkobaron artıq həbsxanadan qaçmağı bacarmışdı.

Rəsmi Vaşinqton onu tutmağa kömək edəcək hər hansı bir məlumat üçün 20 milyon dollar vəd edirdi.

Milli.Az


Etiketlər:  Dünyada ən çox axtarılan təhlükəli narkobaronlarından biri yaxalandı


RƏYLƏR