Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Iyul 2022 23:18
Tədqiqat zamanı alımlər qıda qəbuletmə vaxtının dəyişməsinin qida rasionu və maddələr mübadiləsi proseslərinə etdiyi təsirləri həmçinin diabet və ürək xəstəliklərinin mümkün inkişafını analiz ediblər.
Təcrübədə 29-50 yaş arası 16 nəfər könüllü iştirak edib. Onlardan 9-u 10 həftə müddətində səhər yeməyini həmişəki vaxtdan saat yarım gec, naharı isə 90 dəqiqə tez edirdilər.
Qalan yeddi nəfər isə qıdalanmağı həmişəki qaydada davam edirdi və heç bir xüsusi dieta qaydalarına riayət etmirdi. Nəticədə qida qəbulunun vaxtını dəyişənlər digərlərinə nisbətdə iki dəfə çox çəki vermişdir.
İştirakçılar iştahın aşağı düşməsini və gün ərzində əlavə qəlyanaltılara ehtiyac duyulmamasını qeyd etmişdirlər. "Geniş olmayan tədqiqatdan biz çox şey öyrənə bildik.
Qida qəbulunun vaxtını dəyişməklə orqanizmimizə xeyir vermiş ola bilərik. Bədənin yağ ehtiyatı yığma prosesinin azaldılması, piylənmənin inkişafını məhdudlaşdıraraq orqanizmin durumunu yaxşılaşdırır", - deyə tədqiqatçılardan biri qeyd etmişdir.