Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Ukraynalılar ona inanmamalıdırlar''

''Ukraynalılar ona inanmamalıdırlar''

Tarix: 17 Iyul 2022 09:30

Ukrayna Prezidenti Volodimir Zelenski ölkə vətəndaşlarına Rusiyanın yaydığı saxta təbliğatla bağlı xəbərdarlıq edib.

Sonxeber.net report-a istinadən xəbər verir ki, dövlət başçısı qeyd edib ki, Rusiyanın kütləvi təbliğat maşını Ukraynada terrorun artması barədə məlumatlar yayır. Ancaq ukraynalılar ona inanmamalıdırlar.

"Ukraynalılar anonim mənbəyə güvənərək özlərinə nə qədər problemlər yaradırlar. Bu, bəzən sosial şəbəkələrdə və saytlarda Rusiyadan qəsdən yayılanda qeyri-sağlam forma alır. Məqsəd birdir: dövlətimizə qarşı raket və artilleriya terroruna informasiya terroru əlavə etmək", - Zelenski vurğulayıb.

Onun sözlərinə görə, Ukrayna düşmənin saxtakarlığı ilə oynamamalıdır, dövlətə "informasiya suverenliyi" lazımdır.

"Bəzən informasiya silahları adi silahdan daha çox şey edə bilər", - Prezident vurğulayıb.


Etiketlər:  Ukraynalılar inanmamalıdırlar


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ