Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Sentyabr 2019 11:52
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Naidə Novruzova 14 iyundan 14 sentyabr 2019-ci il tarixinə qədər Türkiyənin İzmir şəhərində Ege Universiteti Xəstəxanasında endokrinologiya sahəsi üzrə təkmilləşdirmə kursunda iştirak edib.
Ege Universiteti Xəstəxanasının nüfuzlu professorları Dr. Ahmet Gökhan Özgen, Dr. Lütfiye Füsun Sayqılı, Dr. Şevki Cetinkalp və Dosent Dr. Mehmet Erdoğanının rəhbərliyi altında Dr. Naidə Novruzova endokrinologiya sahəsində böyrəküstü vəzinin və neyroendokrin xəstəliklərinin müasir metodlarla diaqnostikasını və müalicəsini öyrənib. Dr.Naidə Novruzova təlim zamanı xəstələrə diaqnoz qoyulmasında, onların əməliyyata hazırlıq mərhələsində və əməliyyatdan sonra xəstənin vəziyyətinin sabitləşməsində iştirak edib.
Mərkəzi Gömrük Hospitalının endokrinoloqu Dr. Naidə Novruzova türk həkimlərinin rəhbərliyi altında 3 ay ərzində xəstəxana və poliklinika şəraitində böyrəküstü və hipofiz vəziləri xəstəliklərinin diaqnostikası ilə məşğul olub. Onun bu təlimdə iştirak etməsinin məqsədi böyrəküstü və hipofiz vəziləri və neyroendokrin xəstəliklərinin müalicənin müasir üsullarında öyrənmək və Hospitalda müalicələrdə tətbiq etməkdir.
Mərkəzi Gömrük Hospitalında bu diaqnozların qoyulması üçün tibbi laboratoriyada hər cür şərait və radioloji CT, MRI, ultrasəs müayinələri var. İnanırıq ki, Dr. Naidə Novruzovanın endokrinologiya sahəsində əldə etdiyi biliklər Mərkəzi Gömrük Hospitalı və pasiyentlər üçün faydalı olacaq.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin