Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 17 Iyul 2022 19:46
Böyük Britaniyada temperaturun 40 dərəcəyə yüksəlməsi ehtimalına görə ilk dəfə həyəcan siqnalı verilib və fövqəladə vəziyyət elan edilib.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, Britaniyanın meteorologiya agentliyi bununla əlaqədar əhaliyə ciddi xəbərdarlıq ünvanlayıb. Həyəcan siqnalı bazar ertəsi və çərşənbə axşamı günləri olmaqla London, Mançester və York şəhərləri daxil olmaqla bir çox ərazini əhatə edir.
Hidrometeoloqlar Kembricdə 2019-cu ildə 38,7 dərəcə olan rekord temperaturun çərşənbə axşamı yenilənəcəyini proqnozlaşdırırlar. Buna görə milyonlarla insan evdən işləməyə təşviq edilib.