Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb

Qeyri-çimərlik ərazilərdə 5 nəfər batıb

Tarix: 18 Iyul 2022 15:00

Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.

Nazirlikdən Milli.Az-a verilən xəbərə görə, "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 91 yanğına çıxış və 12 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 17 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 8 nəfər xilas edilib. Həmçinin, Nərimanov rayonunda 1955-ci il təvəllüdlü Atayev Elman Hilal oğlunun meyiti bağlı qapı arxasında aşkar olunaq təhvil verilib.

Bundan başqa, dənizdə qeyri-çimərlik ərazilərdə batan 5 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Milli.Az


Etiketlər:  Qeyri çimərlik ərazilərdə 5 nəfər batıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ