Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 08:03
Keşniş Aralıq dənizi mənşəli qədim bitki hesab olunur. Keşnişin meyvələrində 1 %-ə qədər efir yağı, 10 %-ə qədər piyli yağ və 10 - 16 % zülal maddələri vardır. Keşnişin meyvələrindən alınan efir yağı xoşa gələn ətirli iyə malikdir.
Keşnişin meyvələri iştahartıran və həzm prosesini yaxşılaşdıran dərman kimi qəbul edilir. Onun yağından bir çox dərman preparatlarının tərkibində, meyvələrindən isə müxtəlif yeyinti məhsullarına xoş iyverən maddə kimi geniş istifadə edilir. Bundan başqa, keşniş meyvələrindən xroniki mədə - bağırsaq xəstəliklərində iltihabı aradan qaldıran və mədənin həzm prosesini yaxşılaşdıran vasitə kimi çay dəmləyib içirlər.