Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Qarabağ” ''Sürix''i məğlub etdi - YENİLƏNİB - VİDEO - FOTO

Tarix: 19 Iyul 2022 22:04

22:02

"Qarabağ" Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.

Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.

I raundda "Lex"i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə "Sürix"i sınağa çəkib. İsveçrə çempionu ilə Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ilk qarşılaşma da təmsilçimizin qələbəsi ilə yekunlaşıb.

İbrahima Vadjinin dubl etdiyi oyunda 3:2 hesablı qalibiyyət qazanan Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki cavab matçı öncəsi kiçik üstünlük əldə edib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2
Qollar: 
Kadi Borqes, 17, İbrahima Vadji, 36, 66 - Lindrit Kamberi, 65, Mirlind Kryeziu, 85 (pen.)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin,  17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia
Baş məşqçi: Franko Foda
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

21:50

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:2 (İkinci hissə)

Qol: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Lindrit Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1), Mirlind Kryeziu, 85-pen. (3:2)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.

21:24

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 3:1 (İkinci hissə)

Qol: Kadi, 17 (1:0), İbrahima Vadji, 36 (2:0), Kamberi, 65 (2:1), İbrahima Vadji, 66 (3:1)

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.

20:49

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 2:0 (Fasilə)

Qol: Kadi, 17, İbrahima Vadji, 36

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.

20:19

Çempionlar Liqası, 2-ci təsnifat mərhələsi

İlk oyun

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 1:0 (Birinci hissə)

Qol: Kadi, 17

Hakimlər: İrfan Pelto, Senad İbrisimbeqoviç, Davor Belyo, Miloş Giqoviç (Bosniya və Herseqovina)

Tofiq Bəhramov adına Respublika Stadionu.

20:17

"Qarabağ" Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxıb.

Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulub.

I raundda "Lex"i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə "Sürix"i sınağa çəkəcək. İsveçrə çempionu ilə ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilir.

Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki matça nisbətən rahat yollanmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19 iyul
20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə) - 0:0
Baş hakim:
İrfan Peljto (Bosniya və Herseqovina)
"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 7. Riçard Almeyda, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 19. Filip Ozobiç, 20. Kadi Borges, 25. İbrahima Vadji, 29. Marko Veşoviç, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 11. Ovusu Kvabena, 13. Bəhlul Mustafazadə, 15. Leandro Andrade, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 55. Bədavi Hüseynov, 77. Ramil Şeydayev
Baş məşqçi: Qurban Qurbanov
"Sürix": 25. Yanik Brexer 2. Lindrit Kamberi 3. Adrian Gerrero, 6. Fidan Aliti, 10. Antonio Markesano, 16. Mark Hornşux, 19. Nikola Boraniyaşeviç, 21. Blerim Cemayli, 22. Vilfred Qnonto, 23. Fabian Roner, 31. Mirlind Kryeziu
Ehtiyat oyunçular: 1. Jivko Kostadinoviç, 34. De Nitti, 7. Bledian Krasniqi, 8. Ole Selnes, 9. İvan Santini, 11. Jonatan Okita, 15, Ayequn Tosin,  17. Şeyk Konde, 28. Karol Mets, 33. Ştefan Zayler, 35, İlan Sauter, 39. Akakiy Qogia
Baş məşqçi: Franko Foda
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

08:28

"Qarabağ" Çempionlar Liqasında (ÇL) növbəti oyununa çıxır.

Azərbaycan çempionu bu gün II təsnifat mərhələsində mübarizəyə qoşulacaq.

I raundda "Lex"i (Polşa) iki oyunun cəmində 5:2 (0:1, 5:1) hesabı ilə üstələyən ağdamlılar bu dəfə "Sürix"i sınağa çəkəcək. İsveçrə çempionu ilə ilk qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək.

Qurban Qurbanovun yetirmələri bir həftə sonra Sürixdəki matça nisbətən rahat yollanmaq üçün doğma azarkeşləri önündə qələbə qazanmağa çalışacaq.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu iyulun 27-də keçiriləcək.

Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
19 iyul

20:00. "Qarabağ" (Azərbaycan) - "Sürix" (İsveçrə)
Baş hakim: İrfan Peljto (Bosniya və Herseqovina)
Bakı, Tofiq Bəhramov adına Respublika Stadionu

Milli.Az

Etiketlər:  Qarabağ Sürixi məğlub etdi YENİLƏNİB VİDEO FOTO

RƏYLƏR

Populyar Xəbərlər

XƏBƏR LENTİ