Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Cənub Qaz Dəhlizi” hidrogenin ixracına imkan yaradır - Ceyhun Bayramov

“Cənub Qaz Dəhlizi” hidrogenin ixracına imkan yaradır - Ceyhun Bayramov

Tarix: 19 Iyul 2022 21:15

"Cənub Qaz Dəhlizi" vasitəsilə hidrogenin Avropa bazarına çıxarılması mümkün olacaq.

Bu barədə Xarici işlər nazir Ceyhun Bayramov Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Cozep Borrellə birgə mətbuat konfransında deyib.

"Enerji səmərəliliyinin artırılması səylərinə töhfə vermək üçün "Cənub Qaz Dəhlizi" vasitəsilə hidrogenin tədarükü potensial olaraq mümkündür", - deyə C.Bayramov bildirib.

Onun sözlərinə görə, Trans Adriatik Boru Kəməri (TAP) hidrogen də daxil olmaqla iqlimə çox aşağı təsir göstərən yanacaqların nəqli üçün imkanlar yaradır.

Xatırladaq ki, iyulun 18-də Azərbaycan ilə Avropa İttifaqı arasında "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu" imzalanıb.


Etiketlər:  Cənub Dəhlizi hidrogenin ixracına imkan yaradır Ceyhun Bayramov


RƏYLƏR