Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 19 Iyul 2022 23:34
Astana platforması Suriya böhranında həll yolunu tapmaq üşün yeganə təsiredici təşəbbüsdür.
Sonxeber.net APA-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Tehranda Türkiyə, Rusiya və İran prezidentlərinin Astana prosesi sammitində çıxışı zamanı deyib.
O qeyd edib ki, Suriya böhranın yaratdığı bütün məsələlərin yükünü ən çox daşıyan ölkə Türkiyədir.
Ərdoğan Suriyanın ərazi bütövlüyünə PKK-YPG və digər terror təşkilatlarının təhdid yaratdığını əlavə edərək, ölkəsinin terrorla mübarizəni kimin dəstəkləyib-dəstəkləmədiyinə baxmayaraq və yerindən asılı olmayaraq davam etdirəcəyini vurğulayıb: "Rusiya və İrandan gözləntimiz bu məsələdə bizə dəstək olmaqdır. İŞİD, PKK-YPG və digərləri ilə mübarizə davam etməli, Suriya xalqına dəstək bu terror təşkilatlarını buralardan təmizləmək olmalıdır. Əli qanlı terror təşkilarlarına qarşı mübarizəmizi bundan sonra da davam etdirəcəyik".
Türkiyə prezidentinin sözlərinə görə, Türkiyənin terroçulardan təmizlədiyi ərazilərə 500 mindən çox suriyalı geri dönüb, 1 milyon insanın geri dönməsi üçün də işlər davam edir.
Ərdoğan həmçinin vurğulayıb ki, tərəflər arasında razılaşmaya baxmayaraq, terror təşkilatlarını Türkiyənin sərhədlərindən 30 kilometr məsafəyə uzaqlaşmaq şərti yerinə yetirilməyib.
"Milli təhlükəsizliyimizi hədəfləyən şər mərkəzlərini Suriyadan təmizləməkdə qərarlıyıq. Aydın şəkildə anlaşılmalıdır ki, bölgəmizin gələcəyində separatçı terrorizmə və onun uzantılarına yer yoxdur" - deyə Türkiyə prezidenti vurğulayıb.