Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 08:46
Almaniya Bundesverinin (Almaniya Silahlı Qüvvələri) Ukraynaya hərbi yardım göstərmək üçün resursları tükənmək üzrədir.
Sonxeber.net "report"a istinadən bildirir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext Mülhaym şəhərində Fransa-Almaniya briqadasına səfəri zamanı deyib.
"Bizim Bundesverdən silah ötürmək üçün imkanlarımız azdır, mən bunu açıq deyirəm və həmkarım, Ukraynanın müdafiə naziri Aleksey Reznikov da xəbərdardır. Bütün hallarda Berlin Rusiyaya qarşı mübarizədə Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir", - o deyib.
Bu kontekstdə Lambrext xatırladıb ki, Almaniya artıq "Panzerhaubitzen 2000" özüyeriyən haubitsalarının bir hissəsini Kiyevə çatdırıb.