Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 15:50
"Bir paltarı dəfələrlə əynimə geyinirəm. Niyə də geyinməyim ki? Gedib kimdən alım? Paltarımdır da, mənim donumdur. İndi bu paltarla məni qəbul edən etsin, etməyən də etməsin. Mən geyimdən, yeməkdən, azdan, çoxdan utanan biri deyiləm".
Sonxeber.net bildirir ki, bunu moderator.az-a açıqlamasında əməkdar artist, xanəndə Elnarə Abdullayeva deyib. O, daha sonra həyatdakı çətinliklərindən danışıb.
"O illərə dönəndə çətinliklərim gözümün qabağına gəlir. Bəzən toylara dəvət alırdım, atam-anam isə məni gətirirdi bostana. Müəllimlərim atama deyirdi ki, "Elnarə toya gedəcək axı, niyə onu bostana gətirmisiz? Əl-ayağımı yuyurdum, qaçaraq toya gedirdim. O vaxt məqsəd maddiyat deyildi, sadəcə toyda oxumağı öyrənirdim, insanlara alışırdım. Kaş bütün insanlar o kənd həyatını görəydilər, o zaman insanlara yaşamaq çətin olmazdı, o zaman insanlar kiminsə cibinə girmək məcburiyyətində qalmayacaqdılar. Mən əgər o bostanı, mal-heyvanı görməsəydim görəsən harada idim?" Mən ümumiyyətlə həyatda səhv buraxmamışam, düzələcək anlamı olmayıb mənim üçün. Doğulandan deyəsən yaşlı doğulmuşam. Cavan olmamışam, insan utandıran səhvlərim yoxdur. Yaxşı qadın kişi kimi görünür, amma əslində yaxşı qadındır, xanımdır. Sadəcə olaraq cəmiyyətdə bu gün bir az adı dəyişib. Əgər at olsaydı və o dövr olsaydı sözsüz ki, mən atın belində olardım. Mən belə xoşlayıram, ərinmək, tənbəllik mənlik deyil. Kişi işini də görərəm, qadın işini də. Yaşamaqdan qorxmuram, mən ölmərəm. Düşünmürəm ki, bu gün oxuyuram, sabah müğənni olmasam necə olacaq. Məndə bu cür qorxu yoxdur" deyə sənətçi bildirib.