Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 20 Iyul 2022 16:54
Türkiyənin Samsun şəhərində mağazada zarafat etmək məqsədilə tapançanı başına dirəyib tətiyi çəkən gənc yaralanaraq xəstəxanaya yerləşdirilib.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, hadisə anbaan mağazanın təhlükəsizlik kameraları tərəfindən qeydə alınıb.
Kəllə-beyin travması ilə xəstəxanaya yerləşdirilən 26 yaşlı gəncin səhhətində ciddi problemin olmadığı bildirilir.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.