Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Kameranı söndürün, kişi kimi danışaq” - FOTO

“Kameranı söndürün, kişi kimi danışaq” - FOTO

Tarix: 20 Iyul 2022 19:46

Türkiyənin məşhur aktyoru Ozan Güven Bodrum tətilində sevgilisi ilə görüntülənib.

Sonxeber.net oxu.az-a istinadən bildirir ki, daha əvvəl də jurnalistlərlə dəfələrlə mübahisə edən aktyor yenə sərt reaksiya verib.

Keçən il sevgilisi Deniz Bulutsuz ilə arasında yaşanan fiziki zorakılıqla gündəmdən düşməyən Ozan uzun müddət gözdən uzaq gəzdikdən sonra ötən gün Bodrumda kameralara yaxalanıb.

Ortakentdə çimərlikdə sevgilisi ilə gəzən Güvən fotolarının çəkildiyini anladıqda əsəbiləşib.

Dostunun "Ozan getmə" deməsinə baxmayaraq, aktyor jurnalistlərin yanına gəlib və "gedin buradan, insanlar narahat olur" deyib.

Jurnalistlər isə sadəcə işlərini gördüklərini və ondan başqa heç kimi çəkmədiklərini bildiriblər.

Aktyor əsəbiləşərək "kameranı söndürün, kişi kimi danışaq!", - deyə etiraz edib. 


Etiketlər:  Kameranı söndürün kişi kimi danışaq FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ