Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Dəlillərdən qurtulmaq üçün saxta əskinası yedi

Dəlillərdən qurtulmaq üçün saxta əskinası yedi

Tarix: 21 Iyul 2022 08:40

Rusiyanın Ryazan vilayəti sakini mağazada saxta 5 minlik əskinasla ödəməyə cəhd edib. Lakin bunu görən satıcı dərhal polisə zəng edib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin Ryazan vilayəti üzrə mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, polis həmin vətəndaşı başqa mağazada aşkar edib. Polisləri görən sakin əlində saxladığı saxta 5 min rubl əskinası dərhal yeyib.

Sakin şübhəli şəxs qismində saxlanılıb. Onun icarəyə götürdüyü avtomobilə baxış zamanı 18 ədəd 5 minlik və 5 ədəd 2 minlik saxta əskinas aşkarlanıb.

Milli.Az


Etiketlər:  Dəlillərdən qurtulmaq üçün saxta əskinası yedi


RƏYLƏR