Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 08:52
İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan "STP" MMC Azərbaycanda ilk dəfə olaraq dizel generatorlarının istehsalına başlayıb.
Şirkət tərəfindən ilkin olaraq iki model - 27,5 kVA və 55 kVA dizel generatorları istehsal edilir. Yaxın vaxtlarda modellərin sayının artırılması nəzərdə tutulur. Hazırda istehsal edilən hər generatorun çıxış gərginliyi 220-400 volt aralığındadır. Qeyd edək ki, "STP" MMC-yə 2017-ci ilin noyabrında Sumqayıt Kimya Sənaye Parkının rezidentliyi statusu verilib. İnvestisiya dəyəri 673 milyon ABŞ dolları olan müəssisədə 2300 nəfərdən artıq insan daimi işlə təmin edilib.