Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 16:32
Türkkiyənin kino ulduzu müğənni-aktrisa Emel Sayın sosial şəbəkədə atmacalı foto paylaşıb.
Sonxeber.net lent.az-a istinadən bildirir ki, o, gənclik illərindəki şəklini "Instagram" hesabında paylaşaraq "Of, of, bir zamanlar fotoşopa heç ehtiyac yox idi" qeydini yazıb.
76 yaşlı sənətçinin bu atmacalı paylaşımı xeyli müzakirələrə səbəb olub. Belə ki, fotoşop etdirən məşhur simaların "bostan"ına daş atdığı bəlli olub.
Qeyd edək ki, Emel Sayın "Mavi boncuk", "Feride", "Gülizar" kimi bir çox filmdə rol alıb. Bundan başqa, "Yağdır Mevlam su", "Duydum ki, unutmuşsun", "Rüyalar gerçek olsa" və s. ifaları məşhurdur.