Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Qəsdən makiyajsız halımı paylaşıram''

''Qəsdən makiyajsız halımı paylaşıram''

Tarix: 21 Iyul 2022 19:10

"Zaman-zaman qəsdən ağ saçlarımı və makiyajsız halımı paylaşıram ki, insanlar unutmasınlar biz də qocala bilirik. Bunu tez-tez etdiyim üçün də heç vaxt bəhsə bəhs eləmədim, eləmərəm də".

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Elnarə Xəlilova "Deməsəm olmaz" proqramının instaqram hesabında yazıb. İfaçı bir müddət əvvəl makiyajsız görüntüsünü yayımlaması haqda fikirlərini bölüşüb. Elnarə Xalq artisti Tünzalə Ağayevanın da makiyajsız görüntüsünü yayımlaması ilə müqayisə edilməsini belə şərh edib:

"Tünzalə xanımın da bunu etdiyindən heç xəbərim yox idi, amma mən bilən o da tez-tez paylaşır. Biz ikimiz də tərəzi bürcündənik, odur ki, həqiqətləri göstərməkdən çəkinmirik".

E.Xəlilova musiqi məktəbinin uşaqları ilə tez-tez gündəmə gəlməsi məsələsinə isə belə cavab verib:

"Yeni klipim 10 gün öncə işıq üzü görüb. "Lətifəmiz", "Qatarlar", "Uzaqda" mahnılarım...  "Uzaqda" adlı mahnıma Samirə ilə klip çəkdirdim, ukraynalı rejissora həvalə etdik. Elə həmin ərəfələr sifarişlə hamiləlik xəbərlərini çıxardılar... Sadəcə təəssüf ki, efirimiz o qədər də ürəkaçan deyil və mən mütəmadi olaraq hər ay çıxardığım bu mahnıları oxumağa bəzən yer tapmıram. Amma yutub kanalıma abunə olmaq kifayət edir ki, yaradıcılığımla bağlı bütün yeniliklərdən xəbərdar olasınız. Yaşıdlarım arasında özüm kimi 2-ci məhsuldar birisini tanımıram. Çünki bu nəticələri verən ikinci biri yoxdur".

Milli.Az


Etiketlər:  Qəsdən makiyajsız halımı paylaşıram


RƏYLƏR