Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 21 Iyul 2022 21:36
23 yaşlı Mahima Dkunya işdən evə qayıdarkən, ayağını sıxan ayaqqabısını çıxarıb, asfaltın üzərində ayaqyalın gəzib.
Sonxeber.net bakupost-a istinadən xəbər verir ki, cəmi 5 dəqiqə ayaqyalın gəzəndən sonra dabanları yanıb.
Belə ki, 27 dərəcə isti havada asfalt örtük çox qaynar olub.
Dabanının ağrısından gəzə bilməyən qız həkimə müraciət etməli olub.
Həkimlər isti asfaltdan ayaqların ikinci dərəcəli yanıq xəsarəti aldığını təsdiqləyib.
Dabanlarda sulu yanıq qabarcıqları belə əmələ gəlmişdi.
Xəstəyə ilkin yardım göstərilib, yanıq yarası işlənilib. İndi qız hər gün həkimə sarğıya gedir. O, hələ də ayağını yerə basa bilməz.
Sosial şəbəkədə başına gələnləri paylaşan qız gəncləri yayda ayaqyalın gəzməkdən çəkinməyə çağırıb.