Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 08:12
Azərbaycan millisinin "Dinamo"da oynayan üzvü Mahir Emreli Zaqreb təmsilçisinin Xorvatiya çempionatının 2-ci turunda keçiriləcək "Slaven Belupo" ilə matçını da buraxacaq.
Bu barədə komandanın baş məşqçisi Ante Cacic danışıb. O, bildirib ki, Yosip Sutal, Kevin Teofil-Katerin ilə yanaşı, Mahir Emreli, Marko Bulat və Bosko Sutalo zədə səbəbindən oyunda iştirak etməyəcəklər.
Qeyd edək ki, iyulun 23-də oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, Mahir Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Şkupi" ilə (Şimali Makedoniya) ilk oyunu (2:2) da buraxmışdı.