Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 20:24
Britaniyanın Baş naziri Boris Conson Ukrayna hərbçilərinin təlim keçdiyi poliqonu ziyarət edib.
Bu barədə videonu Böyük Britaniya hökuməti yayımlayıb.
"Bu həftə mən Şimali Yorkşirdə Britaniya Silahlı Qüvvələrində təlim keçən Ukrayna əsgərlərinə baş çəkdim. Böyük Britaniya Ukraynaya Rusiyanın təcavüzünü dəf etmək üçün əlindən gələn köməkliyi etməkdə qərarlıdır", - deyə videonun başlığında deyilir.
Kadrlarda Consonun küçə döyüşü ilə məşğul olan bir qrupla görüntüləri yer alıb. Görüntülərdə baş nazirin necə təlim qumbarası atdığını, iriçaplı pulemyotun arxasına keçdiyini və NLAW tank əleyhinə kompleksi işə saldığını görmək mümkündür.