Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Iyul 2022 22:28
Sosial şəbəkə hesabından aktiv istifadə edən Xalq artisti Nəzakət Teymurovanın xarici görünüşündəki dəyişiklik izləyicilərin diqqətindən qaçmayıb.
Xeyli çəki atan 50 yaşlı muğam ustadının "Instagram" hesabında paylaşdığı fotolarda onun plastik əməliyyat etdirdiyini düşünənlər də az olmayıb.
Sonxeber.net oxu.az-a istinadən bildirir ki, Nəzakət Teymurova yayılan əməliyyat iddialarını cavabsız qoyaraq yalnız sənəti ilə gündəmə gəlmək istədiyini qeyd edib:
"Mən şəxsi həyatımla bağlı açıqlama verməyi sevmirəm. Ancaq gördüyüm işlər, sənətimlə bağlı haqqımda danışılmağını istəyirəm. Sosial şəbəkələrdə insanı tanıyan, tanımayan, sənətini bilən, bilməyən o qədər insanlar lazımsız şeylər yazır ki... İstəmirəm ki, belə şeylərlə gündəmə gəlim".