Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Kişi eyni anda kovid və meymunçiçəyinə yoluxdu

Kişi eyni anda kovid və meymunçiçəyinə yoluxdu

Tarix: 23 Iyul 2022 23:06

Amerikalı Mitço Tompson eyni vaxtda koronavirus və meymunçiçəyinə yoluxub.
Milli.Az medicina.az-a istinadən bildirir ki, əvvəlcə onun kovid testi müsbət çıxıb.

Bundan sonra kürəyində, ayaqlarında, qollarında və boynunda kiçik qırmızı ləkələr əmələ gəlib.

Həkimlər onun COVID-19 və meymunçiçəyi xəstəliyinə tutulduğunu təsdiqləyib.

O, yataqdan çətinliklə qalxdığını və daim susuz olduğunu deyir.

ABŞ-da meymunçiçəyinə 500-ə yaxın insan yoluxub. Xəstəlik orda geniş miqyas alır.

Milli.Az


Etiketlər:  Kişi eyni anda kovid meymunçiçəyinə yoluxdu


RƏYLƏR