Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Consonun PLANLARI AÇIQLANDI: yarımçıq qalan işləri...

Consonun PLANLARI AÇIQLANDI: yarımçıq qalan işləri...

Tarix: 24 Iyul 2022 23:20

İstefa verən Böyük Britaniyanın baş naziri Boris Conson gələcəkdə hökumət başçısı postuna qayıtmağı planlaşdırır.

Sonxeber.net xəbər verir ki, bu barədə Britaniyanın "Times" qəzeti baş nazirin ofisindəki mənbələrə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Conson hesab edir ki, istənilən siyasətçinin hakimiyyətə gəlişi "fəlakət ola bilər". Baş nazir hesab edir ki, Mühafizəkarlar Partiyasının seçkilərdə məğlub olmasından bir neçə il sonra britaniyalılar partiyanı yenidən hakimiyyətə gətirmək üçün kifayət qədər dinamizmi olan birinin axtarışına qayıdacaqlar.

"O, düzgün insan olduğuna inanır", - mənbə bildirib.

"The Times" seçicilərin Consonun vəzifəsindən uzaqlaşdırılmasına kömək edən bir sıra mühafizəkarları tənqid etməyə başlamasına diqqət çəkib. İndi onlar növbəti parlament seçkilərində uduzacaqları üçün oxşar qisasla üzləşə bilərlər.

İstefada olan baş nazirin köməkçiləri qeyd edirlər ki, o, yarımçıq qalan işləri qoyan adam kimi gedir. Həmçinin, qəzetin məlumatına görə, Mühafizəkarlar Partiyasının 7,6 mindən çox üzvü Consonun keçmiş maliyyə naziri Rişi Sunak və xarici işlər naziri Liz Trass ilə birlikdə səsvermə üçün baş nazirliyə namizədlər siyahısına əlavə edilməsini tələb edən petisiya imzalayıb. (publika.az)


Etiketlər:  Consonun PLANLARI AÇIQLANDI yarımçıq qalan işləri


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ