Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Putinlə görüşümüz çox fərqli keçdi'' - Ərdoğan

''Putinlə görüşümüz çox fərqli keçdi'' - Ərdoğan

Tarix: 25 Iyul 2022 23:50

"İran səfəri çərçivəsində Putinlə görüşümüz çox fərqli keçdi, çünki Putin və Zelenski məsələsində hamıya düşmən deyil, dost gözü ilə baxırıq".

Sonxeber.net APA-ya istinadən bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yerli jurnalistlərə müsahibəsində deyib.

Prezident iki ölkənin razılığa gələ bilmədiyi məsələlər olmasına baxmayaraq, Türkiyənin Rusiya ilə potensial əməkdaşlıq sahələri inkişaf etdirmək niyyətində olduğunu qeyd edib.

Bundan əlavə, Ərdoğan İranda baş tutan Astana prosesi üzrə sammitdə terrorun əsas müzakirə mövzusu olduğunu xatırladaraq, Suriyanın terrorçu yuvasına çevrildiyini bildirib.


Etiketlər:  Putinlə görüşümüz çox fərqli keçdi Ərdoğan


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ