Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 26 Iyul 2022 08:27
Ayaqların fəsildən asılı olmayaraq yayda və qışda çox tərləməsi təkcə estetik deyil, ilk növbədə tibbi problemdir. Ayaqların tərləməsi bir çox hallarda soyuqluq və pis qoxu ilə də müşayiət olunur. Onun dərəcəsini müəyyənləşdimək üçün sadə bir testdən istifadə etmək olar: suya 5-6 damcı yod əlavə edərək ayaqlara çəkilir, quruyandan sonra ayaqlara qarğıdalı nişastası səpilir, yodlu su çəkilmiş nahiyədə göyərmə əmələ gəlməsi tərləmənin normadan artıq dərəcədə olduğunu göstərir.
Səbəbləri:
Əsas səbəbləri nevroz və əsəb gərginliyi, pəncələrin göbələk zədələnməsi, endokrin xəstəliklər və irsi meyillikdir.
Ayaq tərləməsinin xarici faktorlarla əlaqədar daha bir neçə səbəbi var:
- Sintetik materialdan hazırlanmış ayaqqabılar
- Ayaqqabıya düzgün qulluq edilməməsi
- Ayaqqabının dar və qapalı olması
- Qalın corabların geyilməsi
- Sintetik corabların geyilməsi
- Aşağı ətraflara daima ağır fiziki yüklənmənin olması
Ayaq tərləməsinin və pis qoxunun profilaktikası
Ayaqları hədsiz tərləyənlərin ilk seçimi geniş və rahat, ayaqları sıxmayan ayaqqabılar və təbii pambıq corablar olmalıdır. Yay aylarında açıq və deşikləri olan ayaqqabılar və təbii pambıq corblar olmalıdır. Yay aylarinda açıq və deşikləri olan ayaqqabı geyilməsi havnın ayaqqabının içinə keçməsini təmin edir və tərləməni azaldır. Ayaqqabıların təkcə üzü deyil, içərisi də sabunla yuyulmalı, içlikləri ayrıca qurudulması şərti ilə açıq havaya asılmalıdır. Ayaqlar gündə iki dəfə kontrast su ilə yuyulmalı, corablar gündə 1-2 dəfə dətişdirilməlidir.
Ayaqlar üçün vannalar
Dəfnə yarpağı ilə vanna:
30 ədəd dəfnəyarpağı 1 litr suda 3 dəqiqə qaynadılır, alınan dəmləmə süzülmədən isti su ilə dolu vannaya əlavə edilir .Gecə yatmazdan əvvəl 20 dəqiqə ayaqlara vanna edilir.
Sodalı-duzlu su ilə vanna
Hərəsindən 1 çay qaşığı çay sodası və xörək duzu 1 stəkan isti suda həll edilir və ayaqlar vanna edilir, səhər və axşam ayaqlar paltar sabunu ilə yuyulur, duzlu məhlulla yaxalanır, sonra təmiz qurulanır.
Palıd qabığı dəmləməsi:
100 qram palıd qabığı 1 litr suda 15 dəqiqə qaynanıdılır, hər gün 30 dəqiqə vanna qəbul edilir.
Bitki qarışığı
1 litr suda qurudulmuş adaçayı, nanə və gicitkan yarpaqlarının hərəsindən 1 xörək qaşığı 40 dəqiqə dəmlənir, hər gün ayaqlar 15 dəqiqə vanna edilir.Vanna və duş qəbul edildikdən sonra ayaqlar, xüsusən də barmaq araları təmiz dəsmalla silinməlidir.