Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Sumqayıt Melioservis İdarəsi vergi borcunu ödədi

Sumqayıt Melioservis İdarəsi vergi borcunu ödədi

Tarix: 26 Iyul 2022 17:52

Bir neçə gün əvvəl "Azərbaycan Meliorasiya və Su Təsərrüfatı" ASC-nin keçirdiyi tenderdə vergi borcu olan qurumun qalib elan edilməsi barədə xəbər vermişdik.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, Sumqayıt Melioservis İdarəsi tərəfindən bununla bağlı saytımıza arayış göndərilərək vergi borcu ilə bağlı məsələyə aydınlıq gətirilib.

Bildirilib ki, tender vaxtı yaranan borc cari vergi borcu olub və tam olaraq dövlət büdcəsinə ödənilib: "Hal hazırda müəssisəmizin dövlət büdcəsinə heç bir tədiyyə növü üzrə borcu yoxdur".

Qeyd edək ki, Sumqayıt Melioservis İdarəsi ötən ay 6 tenderin qalibi olub.

Milli.Az


Etiketlər:  Sumqayıt Melioservis İdarəsi vergi borcunu ödədi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ