Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Yeganə təsəllimiz gələn körpəmizdir”

“Yeganə təsəllimiz gələn körpəmizdir”

Tarix: 27 Iyul 2022 15:20

"Sənin yoxluğunla heç cürə barışa bilmirəm. Gün olub ki, elə bilmişəm nəfəsim dayanacaq, heç olmasa səsini eşidə bilməsəm, hələ üzünü görməyi demirəm. İnsan zülmə məhkumdur. Düz bir il geridə qaldı. Artıq 1 ildir ki, rəsmi "yetim" sayılıram".

Sonxeber.net olay-a istinadən bildirir ki, bu sözləri instaqramda prodüser Təranə Səmədova ötən il vəfat edən anası İradə xanımla bağlı paylaşıb.

O, anasının birinci ölüm ildönümü olduğunu bildirib:

"Məni də, Sueli də boynu bükük qoyub getdin. Baxıram artıq nə onun, nə mənim gözlərimdə həmin təbəssüm yoxdur. Səninlə ürəkdən güldüyümüz kimi gülə bilmirik. Yeganə təsəllimiz gələn yeni körpədir ki, bəlkə boşluğunu doldurmaqla üzümüzü bir az güldürər.

Allah sənə rəhmət eləsin. Necə də ağır imiş bu sözləri dogma anan haqqında yazmaq. Özüm-özümə səbr diləməkdən belə yorulmuşam. Çox çətindir bu boşluğu, dərdi, yoxluğu ovutmaq. Məkanın cənnət olsun, qəbrin nurla dolsun. Allah günahlarını bağışlasın, o dünyanı versin. Onsuz da cənnət anaların ayaqları altındadır. Sən isə sadəcə məni dünyaya gətirən qadın yox, həqiqətən də əsl analıq edən, qoruyan, arxam-dayağım olan, arzularım üçün dualar edən xanım-xatun, anaların anası olmusan. Bilirsən, son zamanlar işlərim bir az çətin keçir, düşünürəm sənin dualarının əskikliyindəndir".


Etiketlər:  Yeganə təsəllimiz gələn körpəmizdir


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ