Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 24 Sentyabr 2019 12:24
Bakı. Trend:
Mərkəzi Gömrük Hospitalının Travmatologiya və Ortopediya şöbəsinin rəisi, t.f.d., travmatoloq-ortoped Ramin Rzayev “Həkim Məsləhəti” rubrikasında artroskopiyaya aid sualları cavablandırır.
Travmatologiya və ortopediya təbabətin ən aktual sahələrindən biri olub, sümük-əzələ sistemi, vətər, bağ, oynaq onurğa sütunu fəqərələrinin xəstəliklərinin diaqnostikası və cərrahi müalicəsi ilə məşğul olur. Bu xəstəliklərə ilk növbədə, yuxarı və aşağı ətraf artrozları, dayaq-hərəkət aparatının travmaları, əzələ-vətər kəsilmələri, anadangəlmə qalça çıxıqları, skoliozlar, kifozlar, periferik sinir sisteminin travmatik zədələnmələri, idmançılarda və eləcə də aktiv həyat tərzi yaşayan insanlarda bağ qopmaları aiddir. Müxtəlif Travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında Rentgenoqrafiya, Komputer Tomoqrafiya (KT), Maqnit-Rezonans Tomoqrafiya (MRT), Artroskopiya kimi müasir və informativ üsullardan istifadə olunur.
Ramin həkim, artroksopiya nədir və hansı xəstəliklərin müalicəsində aparılır? Hazırda Mərkəzi Gömrük Hospitalında müxtəlif travmatoloji və ortopediya əməliyyatların diaqnostikasında artroskopiya kimi müasir və informativ üsuldan istifadə olunur. Kiçik dəri kəsiklərindən oynağa artroskopik optik cihazla daxil olub oynağın qapalı müayinəsi, müxtəlif kəsici-dişləyici ucluqlu alətlərlə oynaqdaxili müayinənin və cərrahi işin aparılması artroskopik cərrahiyyədir. Travmatologiya-ortopediyada artroskopik cərrahiyyə oynaqların müxtəlif xəstəlikləri və zədələnmələrinin bir qayda olaraq müasir müalicə üsuludur.Atroskopiya ön və arxa çarpaz bağlarının zədələnmələrinin plastik əməliyyatlarında, menisk zədələnmələrində, erkən dövrlərdə oynaqdaxili oynaq qığırdağının zədələnmiş nahiyyələrinin təmizlənməsində, oynaqdaxili sərbəst sümük və qığırdaq parçalarının çıxarılmasında, diz oynağının sinovial qişasının infeksiyalaşması və digər zədələnmələrində diz qapağının qığırdaq və qığırdaqaıltı sümük patologiyalarının müalicəsində, diz oynaqdaxili sınıqların müalicəsində, bazu oynağının vərdişli çıxıqlarında, bazu oynaqdaxili rotator əzələ vətərlərinin zədələnmələrində, bazu oynaqdaxili akromioplastikasında, bud-çanaq oynaqlarının bir çox zədələnmələrində aparılır.
Bəs artoroskopiyanın üstünlükləri nədən ibarətdir?- Tibbdə artroskopiyanın tətbiqinə qədər bir çox oynaq əməliyyatlarının açıq üsulla aparılması müxtəlif fəsadlarla nəticələnirdi, bu da daha dərin ağırlaşmalara – hətta xəstənin iş qabiliyyətinin itirilməsinə, əlilliyə gətirib çıxara bilirdi. Hal-hazırda müasir travmtotologiya-ortopediyada artroskopiya həm diaqnostik, həm də müalicə məqsədilə geniş tətbiq olunur.
Üstünlükləri ondan ibarətdir ki, əməliyyatdan sonra xəstənin xəstəxanada yatma müddəti qısadır. Bu, daha çox idmançılar üçün önəmlidir, çünki reabilitasiya dövrü azalır. Eyni zamanda, böyük dəri kəsikləri olmadığı üçün estetikdir. Minimal qanitirmə ilə və adətən qansız aparılır. Bundan başqa, əməliyyat kiçik kəsikərdən aparıldığı üçün infeksiya yaranma ehtimalı çox azdır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin