Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 21:00
"Qarabağ"ın ötən gün Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Sürix"lə cavab görüşündə zədələnən futbolçusu Kevin Medina növbəti mərhələdə Macarıstan "Ferentsvaroş"u ilə ilk görüşü buraxacaq.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, bu barədə Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov danışıb. O, Heydər Əliyev adına Beynəlxalq Hava Limanında jurnalistlərə açıqlamasında deyib:
"Bilirik ki, Kadi Borges, Riçard Almeyda və Kevin Medina oynamayacaq. Bu, dəqiqdir. Əlimizdəki digər oyunçulara çox güvənirik. Buna uyğun dəyişikliklər edə bilərik. Medina buradan birbaşa MRT müayinəsinə gedəcək. Bəlkə də 2-3 həftə yaşıl meydanlardan kənarda qalacaq".
Xatırladaq ki, K.Medina "Sürix"lə oyunun 40-ci dəqiqədə zədələnib. Oyunu davam etdirə bilməyən futbolçu meydanı ağlayaraq tərk edib. Onu 44-cü dəqiqədə Bədavi Hüseynov əvəzləyib.
Qeyd edək ki, "Qarabağ"la "Ferentsvaroş" arasında ilk görüş avqustun 3-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyun saat 20:00-da başlayacaq. Cavab görüşü isə avqustun 9-u Budapeştdə oynanılacaq. Bu qarşılaşmaya da yerli vaxtla saat 20:00-da (Bakı vaxtı ilə 22:00) start veriləcək.