Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 28 Iyul 2022 23:44
"Neftçi"nin Konfrans Liqasının III təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.
Sonxeber.net apasport.az-a istinadən bildirir ki, Azərbaycan vitse-çempionu Avstriyanın "Rapid" klubu ilə görüşəcək.
Vyana təmsilçisi II təsnifat mərhələsində Polşa "Lexiya"sını mübarizədən kənarlaşdırıb. Evdə qolsuz sülhlə kifayətlənən "Rapid" rəqib meydanında vurulan iki qolla qalib gəlib. Polşalılar bu toplardan yalnız birinin əvəzini çıxa bilib - 1:2.
III təsnifat mərhələsinin oyunları avqustun 4-də və 11-də baş tutacaq. İlk matç Bakıda baş tutacaq.
Qeyd edək ki, "Neftçi" iki oyunun nəticəsində Kipr "Aris"ini mübarizədən kənarlaşdırıb - 0:2, 3:0.