Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 29 Iyul 2022 15:54
Prezident İlham Əliyev "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanunu imzalayıb.
Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, Sənədə əsasən, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında" Azərbaycan Respublikasının Qanununda aşağıdakı dəyişikliklər edilir:
21-ci maddə üzrə:
1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilir;
1.1.2. üçüncü hissədə "2475 manat miqdarında" sözləri "3550 manat məbləğində" sözləri ilə əvəz edilir;
1.1.3. beşinci hissədə "bir misli məbləğində" sözləri "iki misli həcmində" sözləri ilə əvəz edilir;
29-cu maddənin ikinci cümləsi çıxarılır.
Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.